SON DƏQİQƏ
» » Kadırovsuz çeçen xalqı məhv olar – Dəlimxanov

Kadırovsuz çeçen xalqı məhv olar – Dəlimxanov

Tarix:

27-11-2017, 15:49

/ 1 173 dəfə oxundu.
Kadırovsuz çeçen xalqı məhv olar – Dəlimxanov

Kadırovsuz Çeçenistanın gələcəyi yoxdur.

Gunaz.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Dumasının deputatı Adəm Dəlimxanov söyləyib.

“Mən Ramzan Əhmədoviçin rəhbər vəzifəsindən gedəcəyini belə düşünə bilmirəm. O, təkcə işləmir, həm də Əhməd Kadırovun yolu ilə gedir. Çeçen xalqının gələcəyi ondan asılıdır. Onsuz bu gələcək olmayacaq. Kadırovun ətrafında olanlardan heç kim onu əvəz etmək səviyyəsində deyil”, – deyə o bildirib.

Qeyd edək ki, Dəlimxanov Kadırovun ən yaxın adamı hesab edilir.

Kadırov bundan öncə “Rossiya 1” televiziyasına müsahibəsində hakimiyyətdən getmək istədiyini və bunun vaxtının çatdığını bildirmişdi.(axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ