SON DƏQİQƏ
» » "Mən 25 ildir dediklərimi təkrarlamışam" -Sarkisyan Əliyevlə görüşdən danışdı

"Mən 25 ildir dediklərimi təkrarlamışam" -Sarkisyan Əliyevlə görüşdən danışdı

Tarix:

24-10-2017, 20:58

/ 1 791 dəfə oxundu.
"Mən 25 ildir dediklərimi təkrarlamışam" -Sarkisyan Əliyevlə görüşdən danışdı

"Səmimi deyirəm, Cenevrədəki danışıqların ardından Azərbaycan tərəfinin, guya oradakı hansısa razılıqları pozduğum barədə məqamı qəzəblə vurğulamağa çalışmasından sonra məndə qəribə vəziyyət yarandı.  Düzü, bu qəribədir və mən bizim Azərbaycan prezidenti İlham Əliyevlə növbət görüşümüzü çox gözləyirəm, həmkarımdan soruşmaq üçün ki, onda məhz nə qəzəb doğurub?”.
Mətbuat katibliyinə istinadən məlumatına görə, bunu prezident Serj Sarkisyan Müdafiə Nazirliyi Milli Tədqiqat və Təhlükəsizlik Universitetində mühazirə ilə çıxış edərkən deyib.
"Bundan başqa, o insanlar çıxış edirlər ki, bizim söhbətimizdən heç də xəbərdar olmalı deyildilər, çünki biz təklikdə söhbət edirdik  və əgər biz heç kəsə heç nə danışmamağa razılaşmışdıqsa, onda onun köməkçiləri,  məsləhətçiləri və ya başqaları mövzu ilə necə  tanış olublar? Sizi inandırıram, mən bizim söhbətimizdən heç yerdə bir kəlmə də dilə gətirməmişəm", – deyə S.Sarkisyan təəccüblə bildirib.
Erməni prezidenti İsveçrənin erməni icması ilə görüşdə dediyi sözləri özü sitat gətirib və sual verib: "Bəyəm mənim onda dediklərimdə nəsə yeni bir şey var? Mən artıq 25 ildir dediklərimi, 25 il haqqında danışdıqlarımızı  təkrarlamışam...".(Virtualaz.org)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ