SON DƏQİQƏ

Ölkədə təhlükəli bir cərəyan formalaşır

Tarix:

17-10-2017, 19:28

/ 1 227 dəfə oxundu.
Ölkədə təhlükəli bir cərəyan formalaşır

 “Ölkəmizdə təhlükəli bir cərəyan formalaşır”.

“OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə, bir neçə ildir ki, bu barədə mediada məlumatlar verirlər: "Cərəyanı formalaşdıran, insanları yanlış yerə yönləndirən şəxslərin adlarını da vermişik. Həmin cərəyanın məqsədi müsəlmanlar arasında bölücülük salmaqdır. Onlar loru dilində desək özlərinin kruqunu böyüdürlər. Bəzi rayonlarda deyirlər ki, bu rayon bizə aiddir, başqaları burada islamı təbliğ edə bilməz. Biz gələcəkdə onların adlarını açıqlayacağıq". Əkrəm Həsənov qeyd edib ki, onları doğru yola dəvət edir, ədavətlərinə son vermələrini, müsəlmanlarla birlik və həmrəylik göstərmələrini tövsiyə edirlər: " Onlara indiki vaxtda islam alimləri tərəfindən hizbçi (qruplaşma yaradan), oturaq xəvaric və.s. kimi adlar verilir. Çünki özləri yalnız və yalnız yerlərində oturub gəncləri "cihad"a, digər müsəlmanlara qarşı qəzəbli olmağa dəvət edirlər. Onlar ümumi ictimaiyyətdə başqa mövqedə, öz aralarında isə tamam başqa mövqedə çıxış edirlər. Təhlükə böyüyür və onların çevrəsi genişlənir".

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ