SON DƏQİQƏ
» » Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatdı

Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatdı

Tarix:

15-10-2017, 13:13

/ 844 dəfə oxundu.
Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatdı

Vyetnamın şimalında subasma və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 34 nəfər itkin düşüb.
 
Gunaz.az xəbər verir ki, Bu barədə Vyetnamın “VnExpress” qəzeti Fövqəladə hallar üzrə Milli Agentliyə istinadən məlumat yayıb.
 
Bundan əvvəl 54 nəfərin öldüyü, 39 nəfərin itkin düşdüyü açıqlanmışdı.
 
Qeyd edək ki, oktyabrın 10-da başlayan leysan yağışlar torpaq sürüşməsinə yol açıb, oktyabrın 11-də Xoabin əyalətində fövqəladə vəziyyət elan olunub. Leysan və torpaq sürüşməsi 200 evin uçmasına, 30 min evin su altında qalmasına yol açıb. (APA)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ