SON DƏQİQƏ

Mogerininin müavini Bakıya gəldi

Tarix:

9-10-2017, 13:19

/ 1 271 dəfə oxundu.
Mogerininin müavini Bakıya gəldi

Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellard Azərbaycana gəlib.

Report xəbər verir ki, ikigünlük səfər çərçivəsində J.-K.Bellard ölkə rəsmiləri ilə bir sıra görüş keçirəcək, o cümlədən onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Görüşlər zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq.

Xatırladaq ki, növbəti "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

скачать dle 12.1

Şərhlər