SON DƏQİQƏ
» » İki ölkə hədəfdə: Trampdan FIRTINA XƏBƏRDARLIĞI - VİDEO

İki ölkə hədəfdə: Trampdan FIRTINA XƏBƏRDARLIĞI - VİDEO

Tarix:

7-10-2017, 13:56

/ 1 097 dəfə oxundu.
İki ölkə hədəfdə: Trampdan FIRTINA XƏBƏRDARLIĞI - VİDEO

ABŞ prezidenti Donald Tramp Ağ Evdə yüksək vəzifəli ordu komandirləri ilə görüşündə İran və Şimali Koreya mövzularını müzakirə edib.

Gunaz.az xariri KİV-ə istinadən xəbər verir ki, prezident görüşdən sonra ordu komandirləri və onların həyat yoldaşları ilə foto çəkilişi zamanı fırtına xəbərdarlığı edib.

“Bunun nə anlama gəldiyini bilirsinizmi? Bəlkə də fırtına öncəsi sessizlikdir”, - Ağ Evin sahibi deyib.

Jurnalistlərdən biri bu sözlərin hansı anlam daşıdığını soruşub.

“Görəcəksiniz”, - Tramp qısa cavab verməklə kifayətlənib.

Tramp görüş zamanı bildirib ki, Şimali Koreya ilə bağlı əsas hədəf ölkənin nüvə silahlarından təmizlənməsidir: “Bu diktatorluğun ölkəmizi və ya müttəfiqlərimizi təsəvvür edilməyəcək itkilərlə təhdid etməsinə icazə verə bilmərik. Bunun baş verməsinin qarşısını almaq üçün lazımı addımları atacağıq”.

ABŞ prezidenti bildirib ki, ABŞ-ın milli maraqlarını baltalayan bütün güclər çoxdan məhv edilməli idi.

“Amma bu işi görmək mənə qalıb”, - o söyləyib.

Tramp İranın da nüvə silahına sahib olmasına icazə verməyəcəklərini ifadə edib: “İran terroru dəstəkləyir və Yaxın Şərqə xaos ixrac edir. İranın bu təcavüzkarlığına və nüvə silahına olan ehtirasına son qoymalıyıq. İmzaladıqları razılaşma qaydalarına riayət etmədilər”.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ