Bu gün səhər Hamburqda "G-20” sammitində iştirak edən Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş başlayıb. Gunaz.az teleqraf.com-a istinadla xəbər verir ki, üç lider "Atlantika” hotelində səhər yeməyi süfrəsi arxasında "İyirmiliy”in aktual mövzusunu müzakirə edəcəklər.
Bu günün əsas mövzusu Ukrayna böhranıdır.