SON DƏQİQƏ

Makron və Putin görüşdü

Tarix:

29-05-2017, 21:53

/ 3 756 dəfə oxundu.
Makron və Putin görüşdü

Parisdə Fransa prezidenti Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş olub.
 "RİA Novosti"yə istinadən xəbər verilir ki, üç saata yaxın davam edən danışıqlar bağlı qapılar arxasında keçirilib.
Görüşdən sonra baş tutan mətbuat konfransında E.Makron bildirib ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
V.Putin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Rusiyada fəaliyyət göstərən 500-dək Fransa şirkəti ölkəni tərk etməyib.
Qeyd edək ki, Rusiya prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə səfər edib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ