Tramp Fars körfəzi ölkələri liderləri ilə telefonla danışıb
Tarix:
3-07-2017, 09:18
/ 1 891 dəfə oxundu.
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə telefonla danışıb.
GUNAZ.az-ın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Söhbət zamanı Tramp Qətər ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.
"Prezident qeyd edib ki, regionda birlik Ər-Riyad sammitində qarşıya qoyulan məqsədlər baxımından vacibdir”, məlumatda deyilir. Tramp həmçinin terrorçuluğun maliyyələşdirilməsinə son qoymağa çağırıb.(APA)