SON DƏQİQƏ
» » Tramp Obamanı söyən prezidenti Ağ Evə çağırdı

Tramp Obamanı söyən prezidenti Ağ Evə çağırdı

Tarix:

30-04-2017, 13:07

/ 2 898 dəfə oxundu.
Tramp Obamanı söyən prezidenti Ağ Evə çağırdı

ABŞ Prezidenti Donald Tramp Filippin lideri Rodriqo Duterte ilə telefonla danışıb.
Axar.az xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.
"Bu, dostcasına bir söhbət idi, liderlər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ACEAH) regional təhlükəsizlik, o cümlədən Şimali Koreya təhdidi kimi problemlərini müzakirə ediblər”, - deyə Ağ Evin rəsmi Tvitter səhifəsində qeyd edilir.
Tramp həmkarının narkotiklə mübarizədə uğurlarını alqışlayıb.
"Prezident Tramp Prezident Duterte ilə Alyansda ABŞ-Filippin münasibətlərinin önəmi barədə danışıb və bu əlaqələrin pozitiv istiqaməti vurğulanıb”.
Qeyd edək ki, Duterte ABŞ-ın keçmiş lideri Barak Obamanın ünvanına kəskin ifadələri ilə uzun müddət gündəmdə olmuşdu.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ