SON DƏQİQƏ

Tramp: Filippinə gedəcəyəm

Tarix:

20-04-2017, 14:57

/ 2 746 dəfə oxundu.
Tramp: Filippinə gedəcəyəm

ABŞ prezidenti Donald Tramp cari ilin noyabr ayında Filippində keçiriləcək sammitdə iştirak etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.
Bu barədə Filippinin ABŞ-dakı səfiri Marsiano Peynora istinadən məlumat yayılıb.
Diplomat deyib: "Tramp ABŞ prezdienti seçilərkən bu münasibətlə Filippin prezidenti Rodriqo Duterte telefonla zəng edib onu təbrik edərkən, Tramp şifahi şəkildə bildirib ki, noyabrda Filippinə gələcək".
Qeyd edək ki, iki ölkə prezidenti arasında telefon danışığı ötən ilin dekabrında Tramp prezident seçilərkən baş tutub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ