Bu dəqiqələrdə güclü qasırğa Rusiyanın paytaxtı Moskvanı ağuşuna alıb. Rusiya KİV-ə istinadən verilən məlumata görə, şəhəri dolu vurub, küləyin sürəti saniyədə 20 metrə çatır.
Artıq ilk qurbanlar var. Onlardan biri üstünə ağac aşması nəticəsində həlak olub. Moskva aeroportlarına üst-üstə 60-a yaxın reys gecikir və ya ehtiyat aeroportlara yönləndirilir.
Sinoptiklərin proqnozlarına görə, qasırğa iyulun 1-i gecə yarısına qədər davam edəcək.
Rusiya Fövqəladə Hallar Nazirliyi moskvalıları evlərindən bayıra çıxmamağa çağırıb.