ABŞ Prezidenti Donald Tramp Pakistan əsilli "Hizbul Mücahidin” silahlı qruplaşmasının lideri Seyyid Səlahəddini terror siyahısına daxil edib. Xarici mediaya istinadla xəbər verilir ki, qərar Trampın Hindistan baş naziri Naredra Modi ilə görüşdüyü gün verilib.
Bu qrup Hindistanın Kəşmirin idarəsinə mane olan silahlılardan ibarətdir.
Qərar Pakistan xalqı tərəfindən etirazlarla qarşılanıb. Pakistanlılar aksiyalarda ABŞ bayraqlarına od vurub.