ABŞ-ın Arizona ştatında yanğın səbəbilə fövqəladə vəziyyət elan edilib. Axar.az xəbər verir ki, alov sürəti saatda 56 km olan küləyin təsirilə 8 min 300 hektar sahənin tamamilə yanmasına səbəb olub.
Yanğına görə Preskot şəhərinə gedən əsas yollar bağlanıb, bölgədə yaşayan 6 minə yaxın insan təxliyə edilib.
500 xilasedicinin müdaxilə etdiyi yanğında bir xilasedici yaralanıb.
Xatırladaq ki, Arizonada 2013-ci ildə baş vermiş meşə yanğınında 19 yanğınsöndürən həlak olmuşdu.