SON DƏQİQƏ
» » Çin-Hindistan sərhədində gərginlik davam edir

Çin-Hindistan sərhədində gərginlik davam edir

Tarix:

27-06-2017, 10:55

/ 3 975 dəfə oxundu.
Çin-Hindistan sərhədində gərginlik davam edir

Çinin Xarici İşlər Nazirliyi Hindistanı sərhədçilərinin qanunsuz olaraq, dövlət sərhədini keçməkdə ittiham edərək, onların təcili olaraq, ölkə ərazisini tərk etməsini istəyib.
Bunu Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuana dövlətinin mövqeyi olaraq açıqlayıb. 
Çinin bəyanatına əsasən, hindistanlı sərhədçilər bu yaxınlarda iki dövlət arasındakı sərhədi Hindistanın Sıkkım əyalətində pozub, qanunsuz olaraq, Çin ərazisinə daxil olublar: "Onların bu hərəkəti Çin sərhədçilərinin Tibet Muxtar Rayonunun Dunlan bölgəsindəki fəaliyyətinə mane olur”. 
Hindistan tərəfi isə Çini zəvvarların Tibetə ziyarətə getmələrinə mane olmaqda ittiham edir.
Sıkkım əyalətinin sərhəddəkli rayonunun statusu 1890-cı ildə Çinlə Böyük Birtaniya arasında imzalanmış müqavilə əsasında həll edilib. Hindistan müstəqil olandan sonra tərəflər əyalətin sərhəddəki bu ərazisi ilə bağlı iddialarının həll olunduğunu dəfələrlə bildiriblər. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər