SON DƏQİQƏ

Rusiya prezidenti: "ABŞ tələyə düşüb"

Tarix:

13-06-2017, 09:07

/ 4 060 dəfə oxundu.
Rusiya prezidenti: "ABŞ tələyə düşüb"

ABŞ-ın şəxsi müstəsnalığı və özünə hər şeyi rəva görməyə olan inamı, onun səhvlər tələsinə düşməsinə gətirib çıxardı.
GUNAZ.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
"Düşünürəm ki, ABŞ özünü, belə desək müasir dünyanın başında hiss etdiyi zaman – bu, yeri gəlmişkən SSRİ-nin dağıldığı vaxta təsadüf edir – onda belə bir xəyal yarandı ki, indi ABŞ hər şey edə bilər və buna görə onlara heç nə olmayacaq. Bu isə həmişə tələ olur. Çünki bu vəziyyətdə həm insan, həm dövlət səhvlərə yol verməyə başlayır. Vəziyyəti təhlil etmək zərurəti olmur, nəticələr barədə düşünmək lazım gəlmir. Ölkə başlayır səmərəsiz fəaliyyət göstərməyə. Səhvlər bir-birini əvəz edir. Bax, mənə elə gəlir ki, ABŞ bu gün belə bir tələyə düşüb", - deyə Putin bildirib.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ