Rusiyadan şok açıqlama: ABŞ İŞİD-lə müqavilə imzaladı
Tarix:
9-06-2017, 19:50
/ 4 987 dəfə oxundu.
ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya və Demokratik Suriya Qüvvələri (DSQ) İŞİD liderləri ilə razılığa gəlib və müqavilə çərçivəsində təşkilat üzvləri nəzarət etdikləri ərazilərdən münaqişəsiz geri çəkiləcəklər. Bu açıqlama ilə Suriyadakı Rusiya qoşunlarının komandiri, ordu generalı Sergey Surovik çıxış edib.
"ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələri və DSQ minlərlə suriyalının ölümündən məsul olan terrorçuları məhv etmək əvəzinə, İŞİD liderləri ilə müqavilə imzalayır. Razılığa əsasən, İŞİD geri çəkiləcək, Suriya hökumətinin nəzarətindəki torpaqlara keçəcək", - Surovik bildirib.(axar.az)