SON DƏQİQƏ

“ABŞ-da narıncı etiraz”

Tarix:

4-06-2017, 21:05

/ 2 035 dəfə oxundu.
“ABŞ-da narıncı etiraz”

Hər gün 90 nəfərin odlu silahdan öldürüldüyü ABŞ-da "silahlara və zorakılığa qarşı narıncı etiraz" aksiyası həyata keçirilib.

GUNAZ.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya ölkənin bir neçə şəhərində keçirilib.

Aksiyaya amerikalı aktyor Culian Mur da dəstək verib. Odlu silahdan öldürülən 10 yaşlı şagirdin sinif yoldaşının çıxışından sonra tribunaya çıxan Culian Mur 2012-ci ildə Sandi Huk məktəbindəki silahlı hücum zamanı 26 şagirdin dünyasını dəyişməsini xatırladıb: "Uşaqlarım həmin hücumla bağlı mənə sual verəndə nə deyəcəyimi bilmirəm. Amma başa düşürəm ki, bizim silah və zorakılığa qarşı etiraz etməkdən başqa çıxış yolumuz yoxdur. Bu cür aksiyalar davam etməlidir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ