SON DƏQİQƏ
» » Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

Tarix:

26-02-2017, 09:42

/ 4 984 dəfə oxundu.
Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi meydanı olan "Radhus Plads”da Danimarka-Azərbaycan "Vətən” Cəmiyyəti tərəfindən Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.
Danimarka KİV nümayəndələrinin, Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez, habelə müxtəlif cəmiyyətlərin iştirakı ilə keçirilən aksiyaya bu ölkədə yaşan Azərbaycan, türk, türkmən, çerkez və çeçen diasporlarının fəalları da qatılıb.
Danimarka və ingilis dillərində keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilib.
25 il əvvəl Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilən vəhşiliklər barəsində söz açan "Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi erməni silahlılarının bir gecə ərzində 613 nəfəri görünməmiş amansızlıqla qətlə yetirdiyini bildirib. Xocalı qətliamının erməni millətçilərinin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu, dünya ictimaiyyətinin Dağlıq Qarabağda baş verən haqsızlıqlara daha böyük diqqət ayırmasına ehtiyac duyulduğu, bu kimi cinayətlərin təkrarlanmaması üçün insanların birgə çalışmalı olduğu vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların yolverilməzliyini qeyd edən S.Sadiqi Xocalı soyqırımına düzgün hüquqi-siyasi qiymət verilməsinin vacibliyini bildirib.
Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez çıxışı zamanı Xocalı soyqırımı kimi hadisələrin bütün insanlığa qarşı edilən bir cinayət olduğunu deyib.
Aksiya çərçivəsində Kopenhagen sakinlərinə Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə broşür və məlumat vərəqələri paylanılıb.

Gunaz.az

Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

 

Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

 

Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

 

Danimarkanın paytaxtında Xocalı faciəsi ilə bağlı etiraz aksiyası keçirilib

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ