ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir. "Reuters"ə istinadən xəbər verilir ki, Səudiyyə Ərəbistanından havaya qalxan "Air Force One" prezident təyyarəsi Təl-Əvivin Ben Qurion hava limanında yerə enib.
"Reuters"in məlumatına görə, bu reys Ər-Riyaddan birbaşa İsrailə ilk uçuş olub.
Xatırladaq ki, D.Tramp bundan əvvəl Səudiyyə Ərəbistanına səfər edib. O, İsraildən sonra Vatikana səfər edəcək, ardından Brüsseldə NATO sammitində və Sicilyada G-7 liderlərinin görüşündə iştirak edəcək.