SON DƏQİQƏ

İsraildə Trampı 10 min polis qoruyacaq

Tarix:

15-05-2017, 21:14

/ 4 084 dəfə oxundu.
İsraildə  Trampı 10 min polis qoruyacaq

ABŞ Prezidenti Donald Trampı İsrailə səfər zamanı 10 min polis qoruyacaq.
"Haber10"-a istinadən verilən xəbərə görə, bu sözləri İsrailin Təhlükəsizlik Xidmətinin nümayəndəsi Miki Rozenfeld deyib.
O bildirib ki, Donald Trampın təhlükəsizliyini təmin etmək üçün amerikalı polislərlə koordinasiyalı bir hazırlıq həyata keçirilir.
"Yeruselim Post” qəzetinin yazdığına görə, hava limanından birbaşa helikopterlə Qüdsə gedəcəyi planlaşdırılan Tramp Şərqi Qüdsün Qədim Şəhər bölgəsinə də səfər edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailə mayın 22-də səfər edəcək.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər