Cənubi Koreyanın yeni prezidentinin adı məlum olub. Dünən keçirilmiş seçkilərdə Milli Seçki Komissiyasının (MSK) qərarı ilə 41,1% seçici səsi toplayan Mun Çje İn bununla da rəsmən Cənubi Koreyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb. Məlumata görə, ona 13,4 milyondan çox seçici səs verib.