SON DƏQİQƏ

Tailandda TERROR: Yaralananlar var

Tarix:

9-05-2017, 20:55

/ 2 670 dəfə oxundu.
Tailandda TERROR: Yaralananlar var

Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb.
Hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb. Belə ki, ilk partlayış univermağın girişinin yaxınlığında baş verib. İnsanlar ticarət mərkəzindən qaçdıqda ikinci partlayış törədilib.
Məlumata görə, naməlum şəxslər ticarət mərkəzinin qarşısında dayanıblar. Bundan sonra mağazaya partlayıcı maddə atıblar.
Regional polisin rəhbəri Ronnasilp Pxusar isə bildirib ki, partlayışlar avtomobilə yerləşdirilmiş bomba vasitəsilə törədilib. O, hələlik hadisənin təfərrüatı barədə məlumatsız olduğunu əlavə edib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər