Beynəlxalq Basketbol Bederasiyası (FİBA) idmançıların xarici görünüşünü tənzimləyən qaydalara dəyişiklik edib. BBC nəşrinə istinadən xəbər verilir ki, dəyişikliklər daha çox hicab icazəsinə görə edilib. Yeni qaydalara görə, oktyabr ayının 1-dən müsəlman idmançı xanımlar oyun zamanı hicab geyinə biləcəklər.