SON DƏQİQƏ
» » Trinidadda dəhşət: 50 körpə qalığı tapıldı

Trinidadda dəhşət: 50 körpə qalığı tapıldı

Tarix:

21-04-2026, 15:04

/ 2 507 dəfə oxundu.
Trinidadda dəhşət: 50 körpə qalığı tapıldı

Trinidad və Tobaqo Respublikasında 50 körpə, eləcə də 6 yetkin insana aid sirli qalıqlar aşkar edilib.
GunAz.az xarici KİV-ə istinadla bildirir ki, qalıqlar Kumuto şəhərinin qəbiristanlığında tapılıb. 
Yetkin insanlara aid bütün cəsədlərin üzərində identifikasiya nişanları olub. Məhkəmə-tibbi ekspertlərin müəyyən etdiyinə görə, onlardan ikisinə ölümündən sonra yarılma (autopsiya) aparılıb. Qalıqların mənşəyi hələlik məlum deyil. Ehtimal olunur ki, bu, sahibsiz qalmış cəsədlərin gizli şəkildə dəfn edildiyi yer ola bilər. Araşdırma davam edir.
Son aylarda Trinidad və Tobaqo Respublikasında cinayətkarlığın artması səbəbindən fövqəladə vəziyyət elan edilib. 2026-cı ilin əvvəlindən etibarən ölkədə artıq 60-dan çox ölümcül hücum qeydə alınıb.
скачать dle 12.1

Şərhlər