SON DƏQİQƏ

PAŞİNYAN: "7 İyunda sülhə səs verin"

Tarix:

20-04-2026, 12:40

/ 2 577 dəfə oxundu.
PAŞİNYAN: "7 İyunda sülhə səs verin"

Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını açıqlayıb.

GunAz.az xəbər verir ki, proqramda Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib.

“Seçki proqramımız mənim müraciətimlə başlayır, bu müraciət isə 2021-ci ildə parlamentdə qəbul edilmiş hökumətin 2021-2026-cı illərə dair fəaliyyət proqramından sitatla başlayır. Əlbəttə, son vaxtlar bu hissədən dəfələrlə sitat gətirmişəm, amma seçki proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm.
Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması, 2021-ci il növbədənkənar seçkilərin nəticələri ilə xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır. Əziz Ermənistan vətəndaşı, “Vətəndaş Müqaviləsi” Partiyası sizin dəstəyinizlə qarşınızda üzərinə götürdüyü ən böyük missiyanı yerinə yetirib. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb.
İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun”, - o bildirib.
скачать dle 12.1

Şərhlər