SON DƏQİQƏ
» » Livanda İsrail aviazərbələri nəticəsində ölənlərin sayı artıb

Livanda İsrail aviazərbələri nəticəsində ölənlərin sayı artıb

Tarix:

21-02-2026, 08:28

/ 2 839 dəfə oxundu.
Livanda İsrail aviazərbələri nəticəsində ölənlərin sayı artıb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın şərq bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 12 Hizbullah üzvü həlak olub.
GunAz.az xəbər verir ki, bu barədə "Lebanon 24" portal məlumat yayıb.
Mənbələrin bildirdiyinə əsasən, 37 yaralı xəstəxanalara çatdırılıb. Daha əvvəl altı nəfərin öldüyü və 23 nəfərin yaralandığı barədə məlumat verilmişdi.
Hava zərbələri Bekaa vadisində yerləşən Riyyak şəhərində silahlı birləşmələrin qərargahına, eləcə də Ksar-Naba və Badnail yaşayış məntəqələri arasında yerləşən səhra düşərgəsinə endirilib.
Portalın məlumatına görə, ölənlər arasında hərəkatın üç hərbi rəhbəri Əli Zeyd əl-Musəvi, İbrahim əl-Musəvi və Hüseyn Yagi də var.Teleqraf
скачать dle 12.1

Şərhlər