
İsrail Hərbi Hava Qüvvələrinin Livanda keçirdiyi əməliyyat nəticəsində “Hizbullah” hərəkatının komandiri həlak olub.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Livanın Ayn-Ebel bölgəsinə endirdiyi zərbə nəticəsində “Hizbullah”ın sahil sektorunun komandiri İsmayıl Yusaf Baz öldürüb”, – məlumatda deyilir.
Bildirilib ki, o, Livanın sahil zonasından İsrailə doğru raket buraxılışlarının təşkilində iştirak edib.
Qeyd edək ki, bundan öncə İsrail PUA-sının “Hizbullah” döyüşçülərinin olduğu maşına zərbə endirdiyi barədə məlumat yayılmışdı.