SON DƏQİQƏ
» » Qantzdan Livana KRİTİK MESAJ: "Sərhədin hər iki tərəfində döyüşməyə hazırıq"

Qantzdan Livana KRİTİK MESAJ: "Sərhədin hər iki tərəfində döyüşməyə hazırıq"

Tarix:

9-11-2023, 21:27

/ 702 dəfə oxundu.
Qantzdan Livana KRİTİK MESAJ: "Sərhədin hər iki tərəfində döyüşməyə hazırıq"

İsrail Müdafiə Qüvvələri ( IDF ) lazım gələrsə, Livanla sərhədin hər iki tərəfində döyüşməyə hazırdır".


Gunaz.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri, ölkənin fövqəladə hallar hökümətinin üzvü Benni Qantz bildirib .


"Lazım gələrsə, biz şimal sərhədimizi hər iki tərəfdən müdafiə etməyə hazırıq", - Qantz deyib.


Gantz əmin edib ki, İsrail Livanın şiə "Hizbullah" qruplaşmasının yəhudi dövlətini indi və ya sonra təhdid etməsinə icazə verməyəcək. O, həmçinin üzvlərinin səhv etdiyi təqdirdə "Hizbullah" üçün ağır nəticələrin olacağı barədə xəbərdarlıq edib.


"Şimaldakı xalqımızın evlərinə qayıtmasına və özlərini təhlükəsiz hiss etmələrinə əmin olacağıq", - İsrailin keçmiş müdafiə naziri qeyd edib.


Bundan bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Daniel Haqari Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının şimalında nəzarəti itirdiyini bildirib.


Bir müddət öncə isə, Hizbullah İsrailin iki piyada bölməsinə hücum edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ