SON DƏQİQƏ
» » Türkiyə Suriyanın Şimalına zərbələr endirdi

Türkiyə Suriyanın Şimalına zərbələr endirdi

Tarix:

20-01-2026, 08:15

/ 3 574 dəfə oxundu.
Türkiyə Suriyanın Şimalına zərbələr endirdi

Türkiyənin Suriyanın şimal-şərqindəki PKK-nın mövqelərinə hava zərbələri endirib.
GunAz.az xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) mətbuat xidmətinin məlumatına görə, pilotsuz təyyarələr Əl-Haseke şəhərinin cənub kənarındakı Qəzvan dağı ərazisinə zərbələr endirib və bundan sonra həmin ərazi artilleriya atəşinə tutulub.
SDQ həmçinin kürd birləşmələrinin əl-Əliyə istiqamətində Suriya hökumət qüvvələrinin hücumlarını dəf edə bildiyini bildirib.
Daha öncə Suriya ordusu əl-Hasaka əyalətindəki Əş-Şəddadi şəhərini və orada minlərlə İŞİD yaraqlısının saxlanıldığı bir həbsxananı ələ keçirdiyini elan edib. SDQ Dəməşqi atəşkəs razılaşmasını pozmaqda günahlandırıb. Suriya ordusu ittihamları rədd edərək atəşkəsin Kürdüstan Fəhlə Partiyasının ayrı-ayrı bölmələri və keçmiş hökumətin tərəfdarları tərəfindən pozulduğunu bildirib.Teleqraf
скачать dle 12.1

Şərhlər