SON DƏQİQƏ
» » İsraili qoruyacaq istənilən ölkə vurulacaq! - İrandan təhdid

İsraili qoruyacaq istənilən ölkə vurulacaq! - İrandan təhdid

Tarix:

14-06-2025, 13:12

/ 3 302 dəfə oxundu.
İsraili qoruyacaq istənilən ölkə vurulacaq! - İrandan təhdid

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.
GunAz.az  Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.
“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi İsrailin İran ərazisinə zərbələrində ABŞ-ın iştirak etdiyini bildirmişdi.

скачать dle 12.1

Şərhlər