SON DƏQİQƏ
» » Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Tarix:

23-05-2025, 16:06

/ 3 363 dəfə oxundu.
Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.
Hazırlıqlar Konya şəhərində baş tutacaq.
Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
скачать dle 12.1

Şərhlər