SON DƏQİQƏ

Rusların raket ehtiyatı kəskin azaldı

Tarix:

16-05-2025, 09:51

/ 3 307 dəfə oxundu.
Rusların raket ehtiyatı kəskin azaldı

Hazırda Rusiyanın qanadlı və hipersəs raketlərinin ümumi ehtiyatı min ədəddən azdır.
GunAz.az “Defense Express”ə istinadən xəbər verir ki, bu cür məlumatlar ABŞ kəşfiyyatının Konqres üçün hazırladığı hesabatda yer alır.
Bu məlumatlara görə, Rusiyanın uzaqmənzilli qanadlı raket ehtiyatı təxminən 300-600 ədəd təşkil edir. Hipersəs raketlərinin mövcud ehtiyatları 200-300 ədəd qiymətləndirilir.
Bundan əlavə, amerikalılar rusların 2035-ci ilə kimi nə qədər belə raket istehsal edə biləcəyi ilə bağlı proqnoz verirlər. Bu hesablamalara görə, on ildən sonra Rusiyada 5000-ə yaxın uzaqmənzilli qanadlı raket və 1000 hipersəs raketi və müxtəlif tipli döyüş başlıqları olacaq.
скачать dle 12.1

Şərhlər