SON DƏQİQƏ
» » Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Tarix:

22-03-2025, 14:03

/ 3 323 dəfə oxundu.
Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib.
Bu barədə hərəkat özü açıqlama yayıb.
“Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, – Husilərin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.
скачать dle 12.1

Şərhlər