
2025-ci ilin yanvar ayında Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 6,06% artıb.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Türkiyə yanvar ayında 2,1 milyon turisti qəbul edib.
Ən çox turist İrandan (240 643) olub. İkinci yerdə 203 733 ziyarətçi ilə Rusiya, üçüncü yerdə isə 165 792 ziyarətçi ilə Bolqarıstan qərarlaşıb.





























