SON DƏQİQƏ

Trampdan transgenderlərlə bağlı sərt qərar

Tarix:

25-01-2025, 08:00

/ 3 351 dəfə oxundu.
Trampdan transgenderlərlə bağlı sərt qərar

ABŞ Prezidenti Donald Tramp transgenderlərin (doğuşdan kişi olanların) kişi həbsxanalarında saxlanılmasını əmr edib.
GunAz.az bu barədə “The New York Times”a (NYT) istinadən xəbər verir.
Bildirilir ki, federal həbsxanalara dövlət başçısının “Qadınları gender ideologiyası ekstremizmindən qorumaq və federal hökumətdə bioloji həqiqəti bərpa etmək” başlıqlı Fərmanı göndərilib.
Məhbuslara həmçinin cinsiyyət dəyişdirmə əməliyyatları aparmaq qadağan ediləcək.
Amerika liderinin Fərmanında deyilir ki, “cinsin bioloji reallığı” məhv etmək cəhdləri qadınlara ləyaqət, təhlükəsizlik və rifahdan məhrum edərək ziyan vurur.
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına görə, ölkənin həbsxanalarında ümumilikdə 1 500-ə yaxın transgender qadın saxlanılır.
скачать dle 12.1

Şərhlər