SON DƏQİQƏ
» » İdmançılarımızın Parisdə qazandığı medallar bu vəziyyətə düşdü

İdmançılarımızın Parisdə qazandığı medallar bu vəziyyətə düşdü

Tarix:

22-01-2025, 08:39

/ 3 128 dəfə oxundu.
İdmançılarımızın Parisdə qazandığı medallar bu vəziyyətə düşdü

Azərbaycanın daha üç idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.
Bu barədə GunAz.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş yarışlarında bürünc medal qazanan Maqomedxan Maqomedovdan başqa digər 5 mükafatçıımızın medalları da yararsız hala düşüb.
Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafatçılar - boksçu Alfonso Dominqeslə taekvondoçu Qaşım Maqomedov və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvili ilə yunan-Roma güləşçisi Həsrət Cəfərovun mükafatları keyfiyyətini itirib.
Qeyd edək ki, Həsrət Cəfərov medalının cəmi 3 günə keyfiyyətini itirməsi ilə bağlı ötən gün açıqlama vermişdi.
скачать dle 12.1

Şərhlər