Noyabrın 2-də səhər saatlarında Kiyevdə partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Ukraynanın "Zerkalo Nedeli" nəşri öz Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Kiyevin Solomenski və Svyatoşinski rayonlarında partlayış səsləri eşidilib.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko sakinləri sığınacaqlarda qalmağa çağırıb.