
İran əsas funksiyası orbital manevr texnologiyasını sınaqdan keçirmək olan “Çamran-1” tədqiqat peykini orbitə çıxarıb.
GunAz.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
“Bu gün səhər saatlarında “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb və 550 kilometr yüksəklikdə uğurla orbitə çıxarılıb”, - məlumatda deyilib.






























