SON DƏQİQƏ
» » KİV: ABŞ İran və “Hizbullah”ın avqustun 8-9-da İsrailə hücum edəcəyini gözləyir

KİV: ABŞ İran və “Hizbullah”ın avqustun 8-9-da İsrailə hücum edəcəyini gözləyir

Tarix:

7-08-2024, 16:52

/ 3 392 dəfə oxundu.
KİV: ABŞ İran və “Hizbullah”ın avqustun 8-9-da İsrailə hücum edəcəyini gözləyir

ABŞ HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İran və Livanın “Hizbullah” hərəkatının avqustun 8-9-da İsrailə hücum edəcəyini gözləyir.
GunAz.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“İlkin qiymətləndirmələrə görə, hücumun həftənin əvvəlində olacağı gözlənilsə də, son kəşfiyyat məlumatları bunun cümə axşamı və ya cümə günü axşam saatlarına qədər təxirə salına biləcəyini göstərir”, – məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ rəsmiləri İranın cavab formasını, həmçinin mümkün hücumun “Hizbullah”, yaxud İraq və ya Yəməndəki digər qruplarla koordinasiyalı şəkildə həyata keçiriləcəyini müəyyən etməyə çalışırlar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ