SON DƏQİQƏ

THY bu ölkələrə uçuşları dayandırdı

Tarix:

31-07-2024, 17:08

/ 3 676 dəfə oxundu.
THY bu ölkələrə uçuşları dayandırdı

“Türk Hava Yolları” aviaşirkəti (THY) Beyruta bütün uçuşları dayandırıb.
GunAz.az “Airlinehaber”ə istinadən xəbər verir ki, buna səbəb İsrailin Beyruta etdiyi hava zərbələri olub.
THY, həmçinin İran, İordaniya, İraq və Livana da uçuşları ləğv edib.
Qərar bölgədəki təhlükəsizlik və artan gərginlik fonunda alınıb.
Xatırladaq ki, bu gün “Hizbullah” hərəkatının yüksəkrütbəli komandiri Fuad Şukr öldürülüb. İsrail Müdafiə Qüvvələri onun Livanın paytaxtı Beyrutda İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
скачать dle 12.1

Şərhlər