SON DƏQİQƏ

İran üzərindən uçuşları dayandırdılar

Tarix:

13-04-2024, 23:17

/ 4 693 dəfə oxundu.
İran üzərindən uçuşları dayandırdılar

Niderlandın “KLM”, Avstraliyanın “Qantas” və Avstriyanın “Austrian Airlines” şirkətləri İran üzərindən uçuşları dayandırıblar, Almaniyanın “Lufthansa” şirkəti isə sözügedən ölkəyə uçuşları dayandırıb.
GunAz.az xəbər verir ki, bu barədə daşıyıcı şirkətlər məlumat veriblər.
Qeyd olunur ki, bu qərar İranın İsrail hədəflərinə hücumunun qaçılmaz olduğuna dair siqnallara görə verilib.
Belə ki, “KLM” hava daşıyıcısı Tel-Əvivə və əks istiqamətdə uçuşlar istisna olmaqla, həm İran, həm də İsrail üzərində uçuşları dayandırdığını bildirib.
Eyni səbəbdən Avstriyanın “Austrian Airlines” aviadaşıyıcısı İran üzərindən uçuşları dayandırıb.
Avstraliyanın “Qantas” şirkəti də analoji qərarını açıqlayıb.

скачать dle 12.1

Şərhlər