SON DƏQİQƏ
» » Növbəti “Avroviziya” hansı şəhərdə keçiriləcək?

Növbəti “Avroviziya” hansı şəhərdə keçiriləcək?

Tarix:

13-05-2024, 12:57

/ 3 483 dəfə oxundu.
Növbəti “Avroviziya” hansı şəhərdə keçiriləcək?

Mayın 11-də İsveçrənin qalibiyyəti ilə başa çatan “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin gələn il hansı şəhərdə keçiriləcəyi ilə bağlı məsələ müzakirə olunur.
GunAz.az SRF telekanalına istinadən xəbər verir ki, İsveçrənin üç şəhəri – Cenevrə, Bazel və Sankt-Qallen mötəbər yarışı keçirməyə namizəd olub.
Lakin namizəd şəhərlər beynəlxalq müsabiqəni qəbul edə bilmək üçün bir sıra şərtlərə cavab verməlidir. Bura böyük konsert zalının olması, hotellərdə qonaqların yerləşməsi üçün yetərincə yer və ictimai qidalanma üçün inkişaf etmiş xidmət sektoru daxildir.
“Avroviziya-2024”ün qalibi Nemo isə müsabiqənin doğma şəhəri Bildə keçirilməsini istədiyini açıqlayıb. Lakin etiraf edib ki, çox güman, orada hotellərdə iştirakçılar və qonaqlar üçün yetərincə yer olmayacaq.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ