Növbəti “Avroviziya” hansı şəhərdə keçiriləcək?
![Növbəti “Avroviziya” hansı şəhərdə keçiriləcək?](https://gunaz.az/uploads/posts/2024-05/medium/1715590677_mg_0201.jpeg)
GunAz.az SRF telekanalına istinadən xəbər verir ki, İsveçrənin üç şəhəri – Cenevrə, Bazel və Sankt-Qallen mötəbər yarışı keçirməyə namizəd olub.
Lakin namizəd şəhərlər beynəlxalq müsabiqəni qəbul edə bilmək üçün bir sıra şərtlərə cavab verməlidir. Bura böyük konsert zalının olması, hotellərdə qonaqların yerləşməsi üçün yetərincə yer və ictimai qidalanma üçün inkişaf etmiş xidmət sektoru daxildir.
“Avroviziya-2024”ün qalibi Nemo isə müsabiqənin doğma şəhəri Bildə keçirilməsini istədiyini açıqlayıb. Lakin etiraf edib ki, çox güman, orada hotellərdə iştirakçılar və qonaqlar üçün yetərincə yer olmayacaq.