SON DƏQİQƏ

NATO Finlandiyada təlimlər keçirəcək

Tarix:

17-04-2024, 09:15

/ 2 532 dəfə oxundu.
NATO Finlandiyada təlimlər keçirəcək

Finlandiyada aprelin sonundan iyunun əvvəlinə kimi NATO-nun irimiqyaslı təlimləri keçiriləcək.
GunAz.az xəbər verir ki, bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə NATO ölkələrindən 20 minə yaxın hərbçi iştirak edəcək.
Toplanış aprelin 26-da başlayacaq və tank qüvvələrinin manevrlərini əhatə edəcək.
Təlimlərdə Finlandiya, ABŞ, Böyük Britaniya, Latviya və Estoniyadan olan hərbçilərin iştirakı gözlənilir.
Həmçinin bildirilir ki, Finlandiyanın Mikkeli şəhərində Şimali Avropa ölkələri üçün NATO-nun quru qoşunlarının qərargahının yaradılması planlaşdırılır.
скачать dle 12.1

Şərhlər