SON DƏQİQƏ
» » Rusiyanın Ukraynadakı itkiləri artmaqda davam edir

Rusiyanın Ukraynadakı itkiləri artmaqda davam edir

Tarix:

8-04-2024, 09:34

/ 1 548 dəfə oxundu.
Rusiyanın Ukraynadakı itkiləri artmaqda davam edir

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 890 hərbçisini itirib.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 448 400 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 24 zirehli döyüş maşını, 40 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

скачать dle 12.1

Şərhlər