SON DƏQİQƏ
» » Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü

Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü

Tarix:

24-01-2024, 13:21

/ 3 773 dəfə oxundu.
Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü

Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.

İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.
Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.
“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, - deyə qubernator vurğulayıb.
İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.
скачать dle 12.1

Şərhlər