SON DƏQİQƏ

Tərtərdə 24 yaşlı oğlan minaya düşdü

Tarix:

3-11-2023, 08:00

/ 2 159 dəfə oxundu.
Tərtərdə 24 yaşlı oğlan minaya düşdü

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər rayon prokurorluğundan məlumat verilib. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.

Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ