SON DƏQİQƏ

Baydenin İsrailə səfər tarixi AÇIQLANDI

Tarix:

17-10-2023, 09:37

/ 1 413 dəfə oxundu.
Baydenin İsrailə səfər tarixi AÇIQLANDI

ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ Prezidentinin İsrailə səfəri region və dünya üçün kritik ana təsadüf edir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ