İsraildə 260 musiqi festivalı iştirakçısının cəsədi tapılıb
Tarix:
9-10-2023, 08:23
/ 2 168 dəfə oxundu.
HƏMAS-ın hücumundan sonra İsrailin cənubunda ən azı 260 musiqi festivalı iştirakçısının cəsədi tapılıb.
Bu barədə "i24" telekanalı ZAKA tibb təşkilatına istinadla məlumat yayıb .
Hadisə oktyabrın 6-7-də Qəzza zolağı ilə sərhəddə yerləşən Reim kibbutz (kommuna) səhrasında baş verib. Silahlılar şənbə günü səhər festivala hücum ediblər.
Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrailə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb